Mitinqə qatılan aktyorlar işdən qovulublar?

15:15 | 11.10.2017
Mitinqə qatılan aktyorlar işdən qovulublar?

Mitinqə qatılan aktyorlar işdən qovulublar?

Aktyorlar Ayşad Məmmədov, Abbas Qəhrəmanov və İlqar Cahangir müxalifətin mitinqinə qatıldıqlarına görə işdən çıxarılmaları ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətiriblər.

Aktyorlar bu məlumatların həqiqəti əks etdirmədiyini deyiblər. 

"Jurnalistləri heç nəyi bilmədən, heç nəyi dəqiqləşdirmədən haqqımda yalan məlumatlar yazdıqlarına görə qınayıram. Əvvəlcə zəng edib yoxlamaq, dəqiqləşdirmək lazım idi. Hazırda teatrda məşqdəyəm. Mən teatrla yaşayıram, burada işləyirəm. Məni hələ yeni tamaşalarda görəcəksiniz” - aktyor Ayşad Məmmədov deyib.

"Azdrama”nın digər aktyoru Abbas Qəhrəmanov: "Mən siyasətlə məşğul olmuram. Sənətimlə məşğulam. Mitinqə iştirakçı qismində qatılmamışam. Teatrdan işdən çıxarılmağım və çəkildiyim serialdan uzaqlaşmağımla bağlı yazılanlar doğru deyil. Teatrda işimə davam edirəm”.

Əməkdar artist İlqar Cahangir də haqqında yazılanları təkzib edib. Bildirib ki, serial çəkilişləri davam edir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM