Mixael Şumaxerin son durumu açıqlandı

17:51 | 18.09.2020
Mixael Şumaxerin son durumu açıqlandı

Mixael Şumaxerin son durumu açıqlandı

İsveçrəli neyroxirurq Erik Riderer "Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin durumu barədə danışıb. 

Anews.az-ın məlumatına görə, Riderer RMC-yə açıqlamasında almaniyalı sabiq sürücünün vegetativ vəziyyətdə olduğunu bildirib. Bu isə Şumaxerin oyandığı, amma cavab vermədiyi anlamına gəlir: "O, nəfəs alır, ürəyi döyünür. Yəqin ki, otura və insanların köməyilə xırda addımlar ata bilər. Fikrimcə, bu, Şumaxerin maksimumudur. Onun qəzayadək olan vəziyyətinə qayıtma şansının olmadığını düşünürəm". 

 Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb