Mixail Saakaşvili barəsində həbs hökmü çıxarıldı

10:17 | 02.08.2014
Mixail Saakaşvili barəsində həbs hökmü çıxarıldı

Mixail Saakaşvili barəsində həbs hökmü çıxarıldı

Tiflis şəhər məhkəməsi qiyabi olaraq Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili barəsində həbs hökmü çıxarıb.

APA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, beləliklə, məhkəmə Gürcüstan Baş Prokurorluğunun tələbini təmin edib.

 

Qeyd edək ki, iyulun 28-də  Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində cinayət işinin başlandığını elan edib. İyulun 29-da isə sabiq dövlət başçısına 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması, “İmedi” telekanalını viran etmə və bu telekanalın təsisçisi Badri Patarkatsişvilinin mülkiyyətinin əlindən  alınması ilə bağlı iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda qiyabi olaraq ittiham irəli sürülüb.

 

Mixail Saakaşvili 2013-cü ilin noyabrında yeni prezidentin inauqurasiyasından sonra ölkəni tərk edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM