Mixail Saakaşvili: “Rusiya separatizmi leqallaşdırmağa cəhd edir”

12:12 | 29.04.2014
Mixail Saakaşvili: “Rusiya separatizmi leqallaşdırmağa cəhd edir”

Mixail Saakaşvili: “Rusiya separatizmi leqallaşdırmağa cəhd edir”

“Rusiya separatizmi leqallaşdırmağa cəhd edir”.APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Rusiyanın Krımı ilhaq etməsi ilə bağlı yaranmış vəziyyəti şərh edən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib. “Onlar demək istəyir ki, öncə əhalinin sayını artırmaq lazımdır, yaxşı demoqrafik balans yaranandan sonra silahlar altında referendum keçirə və ərazi işğalını leqallaşdıra bilərsiniz. Bu, mənim ölkəmdə və bütövlükdə regionda baş verən vəziyyətə oxşayır, lakin uzun çəkməz. İnanmıram ki, 21-ci əsrdə belə asanlıqla sərhədləri dəyişmək olar və bunu nə vaxtsa kimsə leqallaşdırar” – deyə o, söyləyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM