Mixail Saakaşvili yüksək vəzifədən niyə imtina edib?

11:24 | 26.02.2014
Mixail Saakaşvili yüksək vəzifədən niyə imtina edib?

Mixail Saakaşvili yüksək vəzifədən niyə imtina edib?

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə Ukraynada yüksək vəzifə təklif olunub.APA-nın məlumatına görə, bunu M.Saakaşvilinin özü “Rustavi 2” telekanalının canlı yayımında deyib. Sabiq prezident bildirib ki, Ukraynada hakimiyyətə gələn müxalifət nümayəndələri ona yüksək dövlət postlarını təklif ediblər. “Lakin mənim planlarım başqadır. Mən onlara dedim ki, ürəyim burada olsa da, mövcudluğum Gürcüstana məxsusdur. Nə lazımdırsa, kömək edə bilərəm. Lakin onların edəcəyini biz edə bilmərik. Ukraynalılar tezliklə islahatlar həyata keçirməlidir”, - deyə o vurğulayıb. M.Saakaşvili Kiyevdəki hadisələr zamanı hər gün Ukrayna müxalifətinin liderləri ilə danışdığını da bildirib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM