MN-dən diversantların Kəlbəcərə keçməsi xəbərinə reaksiya

12:22 | 10.07.2014
MN-dən diversantların Kəlbəcərə keçməsi xəbərinə reaksiya

MN-dən diversantların Kəlbəcərə keçməsi xəbərinə reaksiya

"Aysor.am" agentliyinin Azərbaycanın diversiya kəşfiyyat qrupunun Kəlbəcər istiqamətində təmas xəttini keçdiyi haqqında yaydığı məlumat həqiqətə uyğun deyil”.Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Müdafiə Nazirliyi, ümumiyyətlə, qoşunların təmas xəttində heç bir dəyişikliyin olmadığını açıqlayıb:“Bu bir daha həmin agentliyin necə qeyri-ciddi KİV olduğunu təsdiq edir. Həmin sayt dəfələrlə Azərbaycanla bağlı qeyri-ciddi, heç bir həqiqəti əks etdirməyən məlumat yayıb. Hətta Ermənistan tərəfinin özü belə bu agentliyin yaydığı məlumatı elə onların özünə təkzib edib. Ümumiyyətlə, bu barədə yayılan informasiya sadəcə, dezinformasiya xarakteri daşıyır. Ermənilər son dövrlər Azərbaycan tərəfinin keçirdiyi hərbi təlimlərdən xeyli qorxuya düşüb. Məhz buna görə onlar bu tip informasiyaları daxili auditoriyaya ünvanlayırlar. Bir daha qeyd edirik ki, yayılan bu məlumat təxribat xarakteri daşıyır”.Qeyd edək ki, dünən “Aysor.am” agentliyi Azərbaycanın Kəlbəcərə diversiya kəşfiyyat qrupu göndərməyə cəhd etdiyini və onların iki nəfər olduğunu qeyd etmişdi. Onlardan birini aşkar etmək mümkün olsa da, o birinin qaçmağa müvəffəq olduğu söylənilmişdi. Onu da xatırladaq ki, Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Arçrun Ovanisyan bu məlumatı təkzib etmişdi. O, həmçinin Kəlbəcərə keçən şəxslərin 14 yaşlı uşağı ələ keçirmələri haqqında informasiyanın da həqiqəti əks etdirmədiyini demişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti