MN-nin rəsmisi Rusiya ilə əməkdaşlıqdan razıdır

17:00 | 27.04.2017
MN-nin rəsmisi Rusiya ilə əməkdaşlıqdan razıdır

MN-nin rəsmisi Rusiya ilə əməkdaşlıqdan razıdır

Bakı və Moskva arasında hərbi-texniki əməkdaşlıq uğurla inkişaf edir. 

ANN.Az xəbər verir ki, bunu müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev İnterfaks-Azərbaycan agentliyinə açıqlamasında deyib.

"Biz rusiyalı həmkarlarımızla daim təmasdayıq. Xüsusilə, hərbi-texniki əməkdaşlıq uğurla inkişaf edir”, - deyə o, Rusiyadan Azərbaycana silah-sursat və hərbi texnikanın tədarükü ilə bağlı məsələni şərh edərkən bildirib.

Qeyd edək ki, aprelin 26-da Müdafiə Nazirliyi Azərbaycan ilə Rusiya arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən, Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyasının gətirilməsi barədə məlumat yayıb.

Həmin silah-sursat və hərbi texnikanın ən qısa zamanda Silahlı Qüvvələrimizin bölmələrinin silahlanmasına daxil edilməsi və döyüş tətbiqinə tam hazır vəziyyətə gətirilməsi təmin ediləcək.
Yeni silah və hərbi texnikanın tətbiqi üzrə mütəxəssislərin hazırlığı rusiyalı təlimatçılar tərəfindən həyata keçiriləcək.

K.Vəliyev 26-27 aprel tarixlərində Moskva şəhərində keçirilən VI Beynəlxalq Təhlükəsizlik konfransında iştirak edir.

.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM