anews.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"İŞİD-in komanda məntəqəsinə endirilən aviazərbələr nəticəsində "müharibə naziri" Gülmurod Halimov öldürülüb. Hava zərbələri zamanı beynəlxalq terror qruplaşmasının "müharibə naziri" müşavirədə olub.
O, aviazərbələr nəticəsində aldığı yaralardan həlak olub", - deyə Rusiya MN-nin məlumatında bildirilir.
Qeyd edək ki, G. Halimov Tacikistan "OMON"-un sabiq komandiri, polkovnik olub. O, İŞİD-ə qoşulduqdan sonra "əl-Taciki" adı ilə tanınıb.
Rusiyanın aviazərbələri nəticəsində "Deyr-əz-Zorun əmiri" Əbu Məhəmməd Əş-Şimali də öldürülüb.
Avropanın bəzi xüsusi xidmət orqanları onu 2015-ci il noyabrın 13-də Parisdə törədilmiş terror aktlarının əsas təşkilatçısı sayır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !