Münaqişələrin dondurulması onları qaynar nöqtəyə çevirir

19:13 | 05.08.2014
Münaqişələrin dondurulması onları qaynar nöqtəyə çevirir

Münaqişələrin dondurulması onları qaynar nöqtəyə çevirir

Bu yaxınlarda gündəlik amerika işgüzar qəzeti "The Wall Street Journal"ın saytında ingilis dilində belə bir məqalə dərc edildi ki, regional münaqişələrin dondurulması onları qaynar nöqtələrə çevirir. Məqalənin müəllifi Brenda Şaferdir. ANN.Az həmin məqaləni oxucuların diqqətinə çatdırır:“Ukraynanın şərqində yerləşən, üsyançıların nəzarəti altında olan ərazinin səmasında "Malaysia Airlines" təyyarəsinin vurulması onu göstərdi ki, idarə olunmayan ərazilər beynəlxalq təhlükəsizlik üçün təhdiddir və belə yerlərdə vəziyyət istənilən an nəzarətdən çıxa bilər. Hazırda ərazilərin əhəmiyyətli hissəsi hakimiyyətin nəzarəti altından çıxmış durumdadır. Bununla da belə ərazilər həm qonşu ölkələr, həm də digər dövlətlər üçün təhlükə mənbəyi hesab olunur. Beynəlxalq təhlükəsizliyimizi təhdid edən belə qara dəliklərdən qurtulmaq və ya onların formalaşmasının qarşısını almaq üçün bizə daha effektiv strategiyalar lazımdır.Hakimiyyəti tanımayan və qanunlara tabe olmayan ərazilər müxtəlif səbəblərdən yaranıblar.  Bəzi ərazilər, məsələn, Qəzza – məhdud hüquqi səlahiyyətlərə malik qeyri-dövlət hüquqi şəxslərinə verilmişdir. Hökümətin tanımadığı belə ərazilər suveren və tamhüquqlu dövlət olmaq, müstəqillik əldə etmək üçün ictiamiyyətə müraciət edirlər. Məsələn, Fələstin muxtariyyəti.Başqa yerlərdə, separatçıların fəaliyyəti ilə əlaqədar olaraq, dövlət sadəcə öz hüquqi müstəqilliyini müdafiə etmək vəziyyətində deyil. Belə ərazilərə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, amma Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionu, həmçinin Rusiyanın köməyi ilə Moldovadan "qopmuş" Dnestryanı və Gürcüstandan ayrılmış Abxaziya ərazisi aiddir. Hər üç ərazini qonşu dövlət effektiv şəkildə idarə edir və “parçala-hökm sür” siyasətini davam etdirərək mənfəət əldə etməyə çalışır.Başqa tənzimlənməyən ərazilərin yaranmasının qarşısını almaq üçün, ABŞ hər hansı dövlətin ərazinin bölünməsinə imkan yaratmamalıdır və bunu demokratikləşmə adlandırmamalıdır. Liviyada ABŞ ölkə hakimiyyətini parçaladı və hakimiyyət institutlarını zəiflətdi. Suriyada ABŞ və başqa dövlətlər tərəfindən üsyançılara göstərilən dəstək qəflətən ona gətirib çıxardı ki, bəzi Suriya regionları idarə olunmayan ərazilərə çevrildi və bununla da ən təhlükəli döyüşçülərin sərbəst fəaliyyəti üçün şərait yaranmış oldu.

Hər şeydən əvvəl, dövlətlər  hüquqi cəhətdən onlara məxsus olan ərazilərə görə məsuliyyət daşımalıdırlar. Əgər Fələstin BMT-də öz bayrağını qaldırmaq istəyirsə, onda həmin ərazidə baş verənlərə görə özünü məsuliyyətdən azad edə bilməz və qeyri-dövlət silahlı birləşmələrinin onun nəzarətindən çıxdığını və müntəzəm hücumlar etdiyini iddia edə bilməz. Və əgər Rusiya beynəlxalq cəmiyyət tərəfindən hörmət görmək istəyirsə, onda Ukraynanın şərqindəki və dəstək verdiyi separatçılara nəzarət etməlidir. Hətta "Malaysia Airlines" təyyarəsinin vurulmasının məsuliyyətini öz üzərinə götürməlidir.

Məqalənin tam mətni ilə burda tanış ola bilərsiniz.

Tərcümə: Ramil RahiboğluANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti