• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Mnatsakanyan: "Ermənistan Qarabağ münaqişəsini kompromis əsasında həll etməyə hazırdır"

Mnatsakanyan:
28.09.2020 09:57
Ermənistan, Qarabağ münaqişəsinin qarşılıqlı kompromislər əsasında sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Bunu respublikanın xarici işlər naziri Zohrab Mnatsakanyan France 24 telekanalına verdiyi müsahibəsində deyib.


"Biz beynəlxalq miqyasda tanınmış bir formatın - Fransa, ABŞ və Rusiyanın iştirakı ilə ATƏT-in Minsk Qrupunun mövcud olduğu Qarabağ münaqişəsinin müstəsna şəkildə sülh yolu ilə həllinə sadiq idik və qalırıq. Bu prosesə sadiqik - bu münaqişəni müstəsna şəkildə sülh yolu ilə həll edək və yalnız qarşılıqlı güzəştlər əsasında bunun həllini tapaq", - deyib Mnatsakanyan.


Onun sözlərinə görə, Azərbaycanın maksimalist mövqeyi erməni xalqının maraqlarına uyğun gəlmir.


"Belə bir mövqe qəbuledilməzdir. Qarşılıqlı güzəştlərə hazırıq. Buna baxmayaraq, bu geniş miqyaslı gərginlik qarşılaşmalı olduğumuz yeni bir vəziyyət yaradır", - deyə  Mnatsakanyan bildirib.


O, Türkiyənin Qarabağ münaqişəsindəki "dağıdıcı rolundan" da danışıb.


Mnatsakanyan onu da bildirib ki, Azərbaycan gərginlik səviyyəsini azaltmaq niyyətində deyil və erməni tərəfi özünü müdafiə etmək niyyətindədir.


"Vəziyyətin bölgə üçün çox təhlükəli olan hər cür inkişafına hazırıq, amma qətiyyətlə özümüzü qorumağa qərarlıyıq", deyə o, bildirib. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol