Mobil biznesin qızıl dövrü sona çatır

18:52 | 26.05.2015
Mobil biznesin qızıl dövrü sona çatır

Mobil biznesin qızıl dövrü sona çatır

Mobil biznesin qızıl dövrü sona yaxınlaşır: operatorların gəliri getdikcə azalır, amma şəbəkə vasitəsilə ötürülən məlumatların həcmi, əksinə, astronomik sürətlə artır.

Hələ 2013-cü ildə "Ovum” şirkəti bu uyğunsuzluğu diqqətə alaraq hesablayıb ki, 2012-2019-cu illərdə dünyada operatorların bir istifadəçisinə düşən orta gəlir 16 faiz azalacaq, amma "LTE” şəbəkələrinin inkişafı hesabına trafikin həcmi 110 faiz yüksələcək. ABŞ-ın "ABI Research” şirkətinin ötənilki tədqiqatına əsasən, Şimali Amerika kimi bəzi regionlarda operatorlar "LTE” şəbəkələrindən istifadə edən abunəçilərin hesabına öz gəlirlərini artırıb.
 
 
"ICTnews" elektron xəbər xidməti "vedomosti.ru” saytına istinadən bildirir ki, "ABI Research” analitikləri qeyd ediblər ki, operatorlar müştərilərə böyük fayda ilə xidmət göstərmək üçün yeni üsullar tapmalıdır. Bunu operatorların direktorları da etiraf edir.
 
 
İnfrastrukturun birgə istifadəsi belə üsullardan biri ola bilər. Avropanın mobil operatorları hələ 2000-ci ilin əvvəlində bu üsula diqqət yetiriblər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti