Mobil nömrə daşınma xidmətinin şərtləri açıqlandı

00:28 | 04.02.2014
Mobil nömrə daşınma xidmətinin şərtləri açıqlandı

Mobil nömrə daşınma xidmətinin şərtləri açıqlandı

Yenilikdən yararlanmaq üçün abunəçi ilkin mərhələdə sim kartını yenisi ilə əvəz etməlidir.

Mobil nömrə daşınma xidmətinin şərtləri açıqlanıb. Sim kart dəyişidirildikdə isə abunəçinin mobil nömrə prefiksi və mobil nömrə bütövlükdə dəyişmədən qalacaq. Proses bir neçə mərhələdən ibarətdir. 

ANSPRESS xəbər verir ki, şərtlərə əsasən, abunəçi ilə yeni mobil operator arasında müqavilə imzalandıqdan sonra maksimum 6 iş günü ərzində müraciətə baxılaraq istifadəçiyə yeni sim kart təqdim olunur. Amma müraciətə abunəçi imtina cavabı da ala bilər. Bu isə nömrə resursları hazırlanması və istifadə qaydaları ilə tənzimlənir. 

RİTN nümayəndəsi, Zakir Qasımov: “İmtina səbəbləri. Nömrə abunəçinin adına olmadıqda. Abunəçinin verici operator qarşısında borcu olduqda. Abunəçinin verici operatorla məhkəmə çəkişməsi olduqda, öhdəliyi olduqda nömrə daşınmasından imtina edilər bilər”. 

Xidmətə qoşulandan sonra abunəçi ondan yalnız 3 aydan sonra imtina edə bilər. Sim kartı bütün mobil operatorlar müştərilərə tam pulsuz təqdim edir. Daha çox abunəçi cəlb etmək üçün isə mobil operatorlar artıq indidən bir sıra sərfəli şərtlər təqdim etməyə başlayıb. Bu təkliflər arasında şəhər sakinlərini daha çox maraqlandıran cəhətin nə olması ilə maraqlandıq. 

Yeni xidmət mobil operatorlar arasında rəqabəti daha sağlam etməklə yanaşı, ən əsası abunəçilərə azad seçim hüququ tanıyacaq. Məhz abunəçinin azadlığına hesablanan bu xidmət onların əvvəlki kimi bir mobil operatorun əsirliyindən azad edəcək. Amma taariflərin aşağı düşməsi haqqında indi danışmaq hələ ki, tezdir. 

Mobil nömrə daşınma xidmətinə Avropa ölkələri hələ 2003-cü ildən avropa birliyinin qəbul etdiyi 22 saylı direktivliyinin tələbi əsasında keçiblər. Ümumiyyətlə isə bu xidmət inkişaf etmiş ölkələrin prioritet göstəricsi hesab olunur.

ANSPRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb