• $
  • €
  • ₽
  • ₺
  • £

Mobil nömrə daşınması heç də çətin deyilmiş

Mobil nömrə daşınması heç də çətin deyilmiş
29.05.2020 01:24

Bunun üçün bir müraciət və şəxsiyyət vəsiqəsi təqdim etmək lazımdır.

 3 ilə yaxındı xidmətindən istifadə etdiyim mobil operatoru dəyişmək qərarına gəldim. Buna nə qədər mobil nömrə daşınması prosesinə olan marağım səbəb oldusa, bir o qədər də əvvəlki operatorda gördüyüm keyfiyyətsiz xidmət səbəb oldu. Ötən il soyadımı dəyişmişəm. İşlətdiyim nömrədə də soyadımın dəyişməsini istəyirdim və bu məqsədlə həmin operatorun müştəri xidmətlərinə zəng etdim. Bildirildi ki, şəxsiyyət vəsiqəmi götürüb xidmət mərkəzlərindən birinə yaxınlaşım. Elə də etdim, lakin xidmət mərkəzində mənə bildirildi ki, nikah haqqında şəhadətnamə də gətirilməlidir. Onu da etdim, şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin surətini götürdülər və mənə artıq proses başa çatdı dedilər. “Bəs mənə hansısa bildiriş verilməyəcəkmi” deyə sual etdikdə isə “narahat olmayın, artıq sistemdə soyadınız dəyişib” cavabını verdilər. “Əgər hansısa problemlə üzləşsəm, bunlara necə sübut edəcəm ki, mən soyadımı dəyişmək üçün müraciət etmişəm” sualını öz-özümə verə-verə xidmət mərkəzindən uzaqlaşıram. 

Bütün bunlardan sonra redaksiyada nömrəmi “Bakcell”ə daşıyacağımı dedim. Dərhal redaksiya tapşırığı gəldi: son günlər çox danışılan mobil nömrə daşınması prosesindən reportaj elə. Beləliklə, “həm ziyarət, həm ticarət” deyib üz tutdum “Bakcell”in “Sahil” metrosu yaxınlığında yerləşən müştəri xidmətlərinə. Burada müştərinin rahatlığı üçün hər bir şərait yaradılıb. Nömrə çəkib gözləmə zalına keçir və öz növbəmi gözləyirəm. Nəhayət, növbəm çatır və məni mərkəzin əməkdaşı Aynur Süleymanlı qarşılayır. Aynur xanıma bəzi suallar ünvanlayıram. 

. Qeyd etmək yerinə düşər ki, bir çoxlarının və buna qədər də mənim düşündüyümün əksinə, nömrə daşınması heç də çətin keçilən bir prosedur deyil. Sadəcə, şəxsiyyət vəsiqəsini təqdim etmək və verilən bir neçə sualı (seçmək istədiyiniz tarif planı, menyu dili və s. kimi) cavablandırmaq kifayətdir. Müraciəti qəbul edən əməkdaş sizə yeni kart verəcək. Xidmət pulsuz həyata keçirilir. Bu kartı özünüzdə saxlayıb nömrənizin “Bakcell”ə keçməsilə bağlı bildiriş mesajı aldıqdan sonra həmin kartı telefonunuza salacaqsınız. Məlumat üçün qeyd edim ki, keçid 6 iş günü ərzində baş tutur. Müraciət qəbul olunub əvvəlki operatorla (“verici” operator) yeni operator (“alıcı” operator) arasında müvafiq razılaşma əldə edildikdən sonra sizin əvvəlki nömrəniz 1 saatlıq sönür. Yaradılmış fürsətin biri də həmin 1 saat müddətini abunəçinin özünün seçməsidir. 

Bütün bunlarla bağlı razılıq əldə edildikdən və müvafiq sənədlər imzalandıqdan sonra isə nömrə daşınmasından sonrakı məsələlər haqqında Aynur xanım məlumat verdi. Bildirdi ki, daşınmanın tam olaraq həyata keçirilməsinə 1 gün qalmış SMS vasitəsilə mövcud mobil nömrəmə (mövcud operatorumun SİM-kartına) müvafiq məlumat gələcək: “Bakcell-ə xoş gəldiniz! Bizim yüksək keyfiyyətli və sərfəli xidmətlərimizin sayəsində Siz rahatlıqla yaxınlarınız və dostlarınızla ünsiyyət qura bilərsiniz”.

Beləcə, müraciətimi edib lazım olan proseduru keçdikdən sonra Bakcell Müştəri Xidmətləri Mərkəzindən uzaqlaşdım. 

Müraciət etdiyimiz mərkəzdə razılaşdırılmış saatda köhnə simkarta xidmət kəsildi. Bakcell tərəfindən verilmiş yeni simkartı daxil etdik və beləliklə Bakcell abunəçisi olduq. Göründüyü kimi, MND elə də çətin bir proses deyil. Hələ də bu barədə düşünüb tərəddüd edənlər varsa, çox rahat bir şəkildə seçdikləri operatorun xidmət mərkəzlərinə yaxınlaşaraq istəklərini reallaşdıra bilərlər.

Həbibə ABDULLA

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol