Mobil operatorlar qiyməti niyə endirmir? – AÇIQLAMA

10:29 | 24.04.2014
Mobil operatorlar qiyməti niyə endirmir? – AÇIQLAMA

Mobil operatorlar qiyməti niyə endirmir? – AÇIQLAMA

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov mobil operatorların danışıq tariflərinin aşağı salması üçün inzibati tədbirlərə əl atacağını bildirib. 
Mövzu ilə bağlı ANNET.Az-a açıqlama verən İnternet Forumun prezidenti Osman Gündüz bildirib ki, müstəqil tənzimləyici qurum olmadıqda yeganə yol məhz bundan ibarətdir.
O.Gündüz açıqlamasında deyib ki, Azərbaycandakı mobil danışıq və mobil internet tarifləri dünyada ən yüksək tarifdir: "Bakcell"in dərhal cavab verməsinə baxmayaraq, bu, belə deyil və onların qiymətləri sərfəlidir. Əslində cənab nazir real vəziyyəti dilə gətirib. Bu sahədəki vəziyyət həqiqətən normal deyil. Bizdəki mobil danışıq və mobil İnternet tarifləri həm regionda və həm də dünyada ən yüksək və şişirdilmiş tariflərdir. Mobil internet və onun keyfiyyəti isə lap biabırçılıqdır. Uzağa getmək lazım deyil, elə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaxınlığında Mobil İnternetdən istifadə edərək bunu görmək olar. Təklif edərdim ki, qurumun tənzimləyici şöbəsinin əməkdaşları öz otaqlarından Mobil İnternetə daxil olub baxsınlar ki, qiymətlər necə tənzimlənir, yaxud necə tənzimləyirlər?”.
 
O, Azərbaycandakı qiymətləri qardaş Türkiyə ilə müqayisə edib: “Təsəvvür edin ki, qonşu ölkələrlə, lap elə Türkiyə ilə müqayisədə bizdəki mobil danışıq tarifləri az qala 3 dəfə yüksəkdir. Son dövrlərdə operatorların bəzi endirimlər etməsinə baxmayaraq, yenə də qonşu ölkələrlə müqayisədə qiymətlər bahadır. Avropada rominqin, ümumiyyətlə, ləğv edilməsi gündəmdə olduğu bir vaxtda MDB məkanında ən bahalı rominq yenə də bizim payımıza düşür. Əksəriyyət insanlar xaricə gedəndə məcburdur ki, ya telefonu söndürsün və ya effektiv – səmərəli istifadə etməsin. Reallıq budur ki, həm danışıq tarifləri, həm mobil İnternet və həm də rominq tarifləri kifayət qədər yüksəkdir və real xərcləri əks etdirmir”. 
O.Gündüz bu məsələdə nazirliyin də günahkar olduğunu vurğulayıb: “Amma eyni zamanda diqqətə çatdırmalıyam ki, bu cür mühitin yaranmasında elə RYTN-nin də günahı az deyil. Adicə nömrə daşınması məsələsini elə vəziyyətə gətirdilər ki, sonda bu siyasət iflasa uğradı. Gözləntilər özünü doğrultmadı. Nömrə daşınma rəqabət mühitinin inkişafına hər hansı müsbət təsir etmədi. Abonent uğrunda hər hansı mübarizə-filan müşahidə olunmadı. Yalnız korporativ müştərilər uğrunda hansısa gəlişmələr müşahidə olunur. Səbəb isə 2008-ci ildən gündəmdə olan bir məsələnin - nömrə daşınmasının süni surətdə ləngidilərək 7 il uzadılmasında idi. Artıq bütün istifadəçilərin cibində hər üç mobil operatorun nömrəsi olandan sonra, təbii ki, nömrə daşınması heç bir dəyişiklik yaratmayacaqdı”.
Seymur
ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM