Modul və modul tipli kəsim məntəqələri yaradılacaq

21:30 | 18.07.2019
Modul və modul tipli kəsim məntəqələri yaradılacaq

Modul və modul tipli kəsim məntəqələri yaradılacaq

Göygöl, Abşeron, Xırdalan və Zərdabda qanunsuz heyvan kəsiminin qarşısının alınması ilə əlaqədar reyd keçirilib.


Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, reydlər baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədi daşıyıb.


Reydlərdə AQTA əməkdaşları ilə yanaşı, yerli İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.


Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.


Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə etmək və yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyə edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb