Federika Mogerini əfv sərəncamına münasibət bildirib
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycan prezidentinin əfv sərəncamı imzalamasına münasibət bildirib.
APA-nın məlumatına görə, bu barədə o, "twitter” hesabında qeyd edib. "Azərbaycandan insan haqları ilə bağlı yaxşı xəbər almışıq. Bu, 2 həftə əvvəl Bakıda apardığımız danışıqlardan sonra ruhlandırıcıdır. Biz insan haqları istiqamətində işləməyi davam edəcəyik”, - deyə o bildirib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb.
Sərəncam 148 məhkuma şamil edilib. Onların arasında bir sıra tanınmış şəxslər də var.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !