MOL Azərbaycanda gündəlik neft hazilatını azaldıb

10:22 | 12.08.2024
MOL Azərbaycanda gündəlik neft hazilatını azaldıb

MOL Azərbaycanda gündəlik neft hazilatını azaldıb

Macarıstanın MOL şirkətinin Azərbaycanda gündəlik neft hasilatının həcmi 2024-cü ilin ilk 6 ayında ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 12% azalaraq 12,6 min barel neft ekvivalenti (boe) təşkil edib.  Bu barədə şirkətin məlumatlarına istinadən xəbər verir.

Bu məlumatlara əsasən, hesabat dövründə dünya üzrə layihələr üzrə (Macarıstan, Xorvatiya, İraq Kürdüstanı, Pakistan, Azərbaycanda və s.) MOL-un ümumi orta gündəlik neft hasilatı 38,5 min barel (azalma 1%) təşkil edib. ). Belə ki, qeyd olunan dövrdə şirkətin ümumi neft hasilatının 32,7 faizi Azərbaycanın payına düşüb.

Macarıstanın MOL şirkətinin Azərbaycanda gündəlik istehsal səviyyəsi 2024-cü ilin ikinci rübündə 12,3 min barel təşkil edib ki, bu da 2023-cü ilin ikinci rübünün göstəricisindən 8,9% azdır.

2024-cü ilin ikinci rübündə dünya ölkələrində həyata keçirilən layihələrdən MOL tərəfindən ümumi neft hasilatı 39 min barel (artım 9%) təşkil edib. Eyni zamanda, bu dövrdə bütün dünya istehsalının 31,5 faizi Azərbaycanın payına düşüb.

Hazırda Azərbaycanda MOL "Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 9,57%, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində isə 8,9% paya malikdir.

Şirkət 8 ölkədə istehsal, 14 ölkədə tədqiqat fəaliyyəti həyata keçirir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti