MOL Azərbaycanda layihələrə 2 milyard dollar sərmayə qoyur

15:11 | 01.06.2023
MOL Azərbaycanda layihələrə 2 milyard dollar sərmayə qoyur

MOL Azərbaycanda layihələrə 2 milyard dollar sərmayə qoyur

Macarıstanın MOL şirkətinin Azərbaycana son üç ildə yatırdığı investisiyalar 2 milyard dollar təşkil edib. Bu barədə MOL Group-un icraçı vitse-prezidenti Jombor Marton bildirib.

"Son 3 ildə MOL-un Azərbaycana investisiyaları əsasən neft-qaz sektoruna 2 milyard dollar təşkil edib. "Azəri-Çıraq-Günəşli” layihəsi bizim üçün çeviklik və sabitlik, qanunvericiliyin sabitliyi və əməkdaşlıqdır. (...) Biz həm mövcud layihələr, həm də digər layihələr çərçivəsində SOCAR ilə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Bundan başqa, biz əməkdaşlığımızın uzunmüddətli olacağına ümid edirik”, -  Marton cümə axşamı Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

O həmçinin bildirib ki, AÇG layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlıq MOL-un Mərkəzi Avropada neft emalı gücləri üçün xammal axtarışında şirkətə çevik siyasət yürütməyə imkan verib.

"Bu gün bizim neft emalı zavodlarımız hansı nefti emal edəcəyini, o cümlədən yüksək keyfiyyətli Azərbaycan neftini seçə bilər. Slovakiyadakı neft emalı zavodumuz emal üçün xammal kimi Rusiya neftindən istifadə edirdi. İndi biz bu müəssisə və Mərkəzi Avropada ümumi gücü 14 milyon ton olan digər emal zavodlarımız üçün Azərbaycandan neft idxal edirik. Bu, bizim Slovakiya neft emalı zavodumuza bir təchizatçıdan asılılığı azaltmağa imkan verdi”, -  o bildirib.

Martonun fikrincə,  MOL-un bir neçə dekarbonizasiya təşəbbüsü var.

Onun sözlərinə görə, MOL enerji səmərəliliyi, məişət tullantılarının emalı, təkrar emalı sahəsində zəngin təcrübəni Azərbaycanla bölüşməyə hazırdır.

Hazırda MOL-un AÇG layihəsində payı 9,57%, Bkü-Tbilisi-Ceyhan neft kəmərində isə 8,9% təşkil edir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM