Bu, son 26 ildə Moldova DİN səviyyəsində Azərbaycana ilk səfərdir.
Moldova daxili işlər naziri Aleksandru Jizdan noyabrın 15-16-da Azərbaycana rəsmi səfərə gələcək.
"Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Moldova daxili işlər naziri Aleksandru Jizdan Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla keçirdiyi görüşdə bildirib.
Nazir iki ölkə arasında hazırda mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərindən söz açaraq deyib ki, son 26 ildə ilk dəfə olaraq Moldovanın daxili işlər naziri Azərbaycana rəsmi səfər edəcək. A.Jizdan ölkəsinin təhlükəsizliyinin təmin olunması məsələsində Azərbaycan təcrübəsinin Moldova üçün maraq kəsb etdiyini də diqqətə çatdırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !