Moldovada müxalifət lideri azadlığa buraxıldı

19:46 | 26.10.2015
Moldovada müxalifət lideri azadlığa buraxıldı

Moldovada müxalifət lideri azadlığa buraxıldı


Moldovada moskvapərəsət Bizim Partiyanın lideri Renato Usatii azadlığa buraxılıb. Kişinau məhkəməsi Usatii-nin həbs müddətinin 30 gün uzadılması barədə prokurorun vəsatətini təmin etməyib.

"Çox sağ olun,” Usatii məhkəmə qarşısında yüzlərlə tərəfdarına deyib. "Korrupsioner hakimiyyətə qarşı mübarizəmizi davam etdirəcəyik”.

Usatii Moldovanın ikinci böyük şəhəri olan Baltinin meridir. O, oktyabrın 23-də Kişinau aeroportunda saxlanıb, məxfilik qanunlarını pozmaqda şübhəli bilinib.

Usatii facebook səhifəsində bir biznesmenlə keçmiş baş nazir Vlad Filat-ın telefon söhbətini yayıb. Filat ötən həftə saxlanıb. O, 260 milyon dollar rüşvət almaqda şübhəli bilinir.

Usatii-nin partiyası ötən ilin noyabrında parlament seçkisinə buraxılmayıb, onun xaricdən pul aldığı iddia olunub. Özü Moskvaya qaçıb, daha sonra qayıdıb və Baltinin meri seçilib. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM