Moldovada prezident seçkilərinin ikinci turu keçirilir

09:33 | 03.11.2024
Moldovada prezident seçkilərinin ikinci turu keçirilir

Moldovada prezident seçkilərinin ikinci turu keçirilir


Moldovada prezident seçkilərinin ikinci turu ilə bağlı səsvermə başlayıb.
 
İkinci turda Fəaliyyət və Həmrəylik Partiyasının namizədi və hazırkı prezident Maya Sandu ilə Moldova Respublikası Sosialistlər Partiyasının dəstəklədiyi namizəd Aleksandr Stoyanoqlo yarışır.

20 oktyabrda keçirilən prezident seçkilərinin birinci turunda Maya Sandu 656,852 səs toplayaraq seçicilərin 42,49 faizini, Aleksandr Stoyanoqlo isə 401,215 səs toplayaraq 25,95 faizini qazanıb. Seçki qanunvericiliyinə əsasən, namizədlərdən biri 50 faizdən çox səs toplaya bilsəydi, birinci turda qalib elan olunacaqdı.

Birinci turda prezidentlik uğrunda ümumilikdə 11 namizəd mübarizə aparıb.

Səsvermə yerli vaxtla saat 21:00-da sona çatacaq.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti