Moldovaya qeyri-qanuni daxil olan şotlandiyalı azarkeşlər cərimələniblər

20:30 | 17.11.2021
Moldovaya qeyri-qanuni daxil olan şotlandiyalı azarkeşlər cərimələniblər

Moldovaya qeyri-qanuni daxil olan şotlandiyalı azarkeşlər cərimələniblər

Moldova və Şotlandiya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununu izləmək üçün sözügedən ölkəyə qeyri-qanuni daxil olan qonaq komandanın azarkeşləri ilə bağlı istintaq başa çatıb.
 
Anews.az TV8 telekanalına istinadən xəbər verir ki, həmin tərəfdarlar tapılsa da, onların heç biri saxlanılmayıb. Fanatlar sərhədi keçmə qaydalarını pozduqları üçün məsuliyyətə cəlb ediliblər. Günahkar olduqlarını etiraf edən azarkeşlər sadəcə, cərimələniblər.
 
Sərhəd polisindən verilən məlumata görə, hər şey anlaşmazlıq ucbatından baş verib: "Sərhəd-keçid məntəqəsində təmir işləri gedir, sürücüləri bu və ya digər zolağa yönəldən bütün nişanlar yığışdırılıb. Azarkeşlərin icarəyə götürdüyü avtobusun Rumıniya vətəndaşı olan sürücüsü araşdırma zamanı bildirib ki, səhvən nəzarət-buraxılış məntəqəsindən yan keçərək, yük avtomobilləri üçün nəzərdə tutulan zolaqla ölkəyə daxil olub".
 
Moldova - Şotlandiya matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM