Bu dəfə reallaşdırılmış aksiya çərçivəsində, Bakı və Gəncə şəhərlərindəki körpələr evinə və uşaqlar evinə, həmçinin, bir sıra aztəminatlı ailələrə "Molfix" markasına aid uşaq bezləri hədiyyə edilib.
Ümumilikdə, 12.000 bağlama uşaq bezi ehtiyac sahiblərinə paylanılıb.
Bu sosial məsuliyyət layihəsinin əsas məqsədi, Azərbaycanda ən çox sevilən və istifadə olunan uşaq bezi markalarından biri olan "Molfix" ilə körpələrin və uşaqların gündəlik ehtiyaclarını qarşılamaq, onların sağlamlığına dəstək olmaqdır.
"Molfix" uşaq bezləri yüksək keyfiyyəti ilə tanınır.
Azərbaycanda premium keyfiyyəti ilə anaların etibarını qazanan "Molfix", həm də bu növ sosial layihələrə verdiyi dəstəklə cəmiyyətin yanında olduğunu nümayiş etdirir.
Qeyd edək ki, "Azərsun Holdinq"in nəzdində fəaliyyət göstərən Azərsun Kağız və Karton İstehsalat Korporasiyası (AKKİK) dünyada ən böyük 5 uşaq bezi istehsalçısından biri olan "Hayat Kimya"nın Azərbaycandakı rəsmi distributorudur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !