Molla hökmən saqqallı olmalıdırmı? - CAVAB

14:04 | 03.10.2014
Molla hökmən saqqallı olmalıdırmı? - CAVAB

Molla hökmən saqqallı olmalıdırmı? - CAVAB

“Saqqal saxlamaq yalnız ruhaniyə deyil, hər bir müsəlman kişiyə aiddir. Çünki dinimizdə kişinin saqqal saxlaması zəruri sayılır. Ruhanilər də dini təmsil edən insanlar olaraq dinin tələblərinə, qayda-qanunlarına əməl etməlidirlər”.Bunu Modern.az-a açıqlamasında “Əbu bəkr” məscidinin axundu hacı Qamət Süleymanov söyləyib.Onun fikrincə, ruhani ilk növbədə dindar adam olaraq dini ayinləri, adət-ənənələri özü yerinə yetirməlidir ki, başqalarına da nümunə olsun.O ki qaldı ölən adama görə saqqal saxlamaq məsələsinə, hacı Qamət bildirir ki, bu, məsləhət deyil.

“İslam dinində belə bir tələb yoxdur. Bu, ermənilərdə olan adətdir ki, yaxınları öləndə 40 gün saqqallarını qırxmırlar. İslamda saqqal saxlamaq hüzrlə bağlı deyil, bu, Allah və Peyğəmbərin (s.) əmridir”.İlahiyyatçı Elşad Miri məsələylə bağlı Modern.az-a fərqli fikirlər açıqlayıb: “Dinimizdə din xadimi anlayışı olmadığı kimi, yas məclisi anlayışı da yoxdur”.İlahiyyatçı bildirir ki, əslində hər kəs dini qaydalara əməl etsə, molla kimi əlavə şəxslərə ehtiyac olmaz. “Lakin bəzi insanlar bunu ənənə halına gətirdiyi üçün belə məsələlər ortaya çıxıb. Belə bir peşə formalaşandan sonra da baxırıq ki, onların xüsusi geyim formaları meydana gəlib. Yəni kənardan baxanlar bilsin ki, bu molladır, gətirib cibinə pul qoysunlar. Bunun üçün də əllərinə təsbeh, başlarına papaq qoyublar ki, biz mollayıq”.Elşad Mirinin sözlərinə görə, bunların heç birinin islama aidiyyatı yoxdur.“Əvvəllər deyirdilər ki, saqqallı insanlar vahhabilərdir. Belə çıxır ki, ölüyə saqqal saxlayanlar da 40 günlük vahhabilərdir. Yaxşı, yasda olduğunu bildirmək üçün kişilər üzünü qırxmır, bəs qadınlar neynəməldir? Saqqalı saxlamaq istəyirsən saxla, bu insanın öz işidir. Amma yaxın adamının öldüyüün bildirməsi üçün saqqal saxlayıb, özünün pis vəziyyətdə olduğunu nümayiş etdirmək heç də doğru deyil. Bunu etməklə nə olur? Yəni mən yasdayam, mənə lətifə danışmayın? Yoxsa mən yasdayam, mənə başsağlığı verin? Mənim üçün bu əhəmiyyətsiz bir şeydir”,- deyə ilahiyyatçı vurğulayıb.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM