“Molla rejimi”nə qarşı çıxan general həbs olundu

10:07 | 02.12.2022
“Molla rejimi”nə qarşı çıxan general həbs olundu

“Molla rejimi”nə qarşı çıxan general həbs olundu

İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) keçmiş komandirlərindən biri, general Məhəmməd Baqir Bəxtiyari həbs edilib. Bu barədə "Azad İran” teleqram kanalı xəbər verir.
 
Təhlükəsizlik qüvvələrinin əməkdaşları generalın evinə basqın edərək, onu saxlayıblar. Evdə aparılan axtarışlar zamanı Məhəmməd Baqir Bəxtiyarinin şəxsi əşyaları müəyyən edilərək, müsadirə olunub. 
 
General bir müddət əvvəl səs yazısı yayaraq İran hakimiyyətini Məhsa Əmininin ölümünün əsl səbəbini gizlətməkdə ittiham edib.
 
Keçmiş komandir bildirib ki, məhkəmə-tibb ekspertizanın etibarlı mənbələri 22 yaşlı gənc qızın ölümünə "kəllə sümüyünün zədələnməsi diaqnozunu” qoymaqla reallığı ört-basdır edib.
 
Məhəmməd Baqir Bəxtiyari İran-İraq müharibəsi dövrünün əsas komandirlərindən biri və SEPAH-ın hərbi dəniz qüvvələrinin qurucularındandır.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb