Monastıra hücum edildi

23:30 | 27.11.2022
Monastıra hücum edildi

Monastıra hücum edildi

Gürcüstanın qərbində Xaşuri bələdiyyəsinin Tsxramuxa kəndindəki Qadın monastırına basqın olub. İlkin məlumatlara görə, basqın qarət məqsədi daşıyıb.
 
Basqın zamanı iki rahibə ağır yaralanıb.
 
Bir neçə şəxs zorla monastıra daxil olmağa cəhd göstərib. Lakin monastır xidmətçiləri onlara müqavimət göstəriblər.
 
Qarətçilər rahibələrə zor tətbiq ediblər, bir rahibə döyülüb, digəri isə bıçaqlanıb.
 
Bıçaq zərbəsi alan rahibə əvvəl Xaşuri xəstəxanasına aparılıb. Lakin sonradan o, Tbilisidəki xəstəxanalardan birinə çatdırılıb.
 
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı artıq iki nəfər saxlanılıb, cinayət işi açılıb, istintaq aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM