"Moody's" agentliyi "Bank Technique" ilə əməkdaşlıqdan imtina etdi

12:37 | 10.09.2015

"Moody's" agentliyi "Bank Technique" ilə əməkdaşlıqdan imtina etdi

Beynəlxalq reytinq agentliyi Azərbaycan bankına reytinqin verilməsi prosesini dayandırıb

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın "Bank Technique" ASC-yə bir çox kateqoriyada reytinqin verilməsi prosesini dayandırıb.

"Report" xəbər verir ki, bu əməkdaşlıq əsasən bankın uzun və qısamüddətli xarici valyuta və milli valyutada olan depozit və kredit reytinqlərini əhatə edib. Qeyd edək ki, "Bank Technique"in bu imtinadan öncə reytinqləri "C" kateqoriyasında olub.

"Moody's"in açıqlamasına görə, reytinqin verilməsindən imtinanın səbəbi yetərli bank məlumatlarının olmaması və ya bankın iflası və ləğvetmə mərhələsinə yaxınlaşması ilə bağlı olur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti