Moody's: Azərbaycan çətinliklərin öhdəsindən gələcək

17:11 | 14.05.2015
Moody's: Azərbaycan çətinliklərin öhdəsindən gələcək

Moody's: Azərbaycan çətinliklərin öhdəsindən gələcək

Neftin qiymətinin dəyişməsi və Rusiyanın iqtisadi çətinliklərinin təsiri 2015-2016-cı illərdə MDB ölkələrinin müstəqillik reytinqləri üçün mənfi amil olaraq qalacaq, Moody's Investors Service reytinq agentliyinin illik məruzəsində deyilir, Oxu.Az xəbər verir.  

"Biz MDB ölkələri üçün mürəkkəb şərtlərin növbəti 12-18 ay üçün saxlanılacağını gözləyirik”, - Moody's-un analitiki Ernest Sergenti qeyd edib.

Baxmayaraq ki, MDB ölkələrinin hər üç netto-ixracatçılarında: Azərbaycan ("Vaa3”/”sabit”), Qazaxıstan ("Vaa2”/sabit) və Rusiya Federasiyası ("Va1”/”neqativ”) elə də yüksək olmayan mənimsəmə və ÜDM-ə nisbətdə aşağı dövlət borcu mövcuddur, amma neft qiymətlərinin gələcəyinin qeyri-müəyyənliyi və geosiyasi təhlükə onların kredit aktivlərinin keyfiyyətini pisləşdirir, Moody's ekspertləri belə hesab edirlər.

"Bu yaxınlarda neftin qiymətinin bərpa edilməsinə baxmayaraq qiymət aşağı səviyyədədir və neft ixracatçılarına mənfi təsir etməyə davam edir. Bununla yanaşı netto-ixracatçılar üçün vəziyyət kədərli olaraq qalır, belə ki, onlar Rusiyadan pul köçürmələrdən, onunla ticari və maliyyə əlaqələrindən asılıdırlar”, - E.Sergenti yazır.

"Bu ölkələrin qarşılaşdığı digər problemlər sırasında Ukraynadakı böhran ilə əlaqədar risklər və zəif bank sistemləri problemi var”, - o əlavə edib.

Rusiyada yüksək iflas, Rusiya Federasiyası və Qazaxıstanın bank sektorunda yüksək gərginlik agentlik tərəfindən bu dövlətlərin kredit zəifliyinin siqnalı kimi qəbul edilir.

Rusiyada ressesiya MDB-nin digər ölkələrinin makroiqtisadiyyatına neqativ təsir edir, Moody's ehtimal edir. 

MDB-nin Moody's-in reytinqinə daxil edilən dörd ölkəsi (Ermənistan, Belarus, Rusiya, Ukrayna) "neqativ”, üç ölkə isə "stabil” (Azərbaycan, Qazaxıstan, Moldova) proqnoza malikdirlər.

Moody's region ölkələri arasında Azərbaycan və Qazaxıstanın makroiqtisadi şəraitin çətinliklərinin öhdəsindən gəlmə imkanlarının olmasını ehtimal edir, belə ki, hər iki dövlət böyük ehtiyatlara sahibdirlər və Ukrayna münaqişəsinə cəlb edilməyiblər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM