"Moody's" Azərbaycanın dövlət istiqrazları üzrə reytinqini əvvəlki səviyyədə saxladı

13:23 | 05.12.2015

"Moody's" Azərbaycanın dövlət istiqrazları üzrə reytinqini əvvəlki səviyyədə saxladı

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət istiqrazlarının reytinqini "Baa3" səviyyəsində saxlayıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə "Moody's"in yaydığı məlumatda qeyd edilir.
 
Proqnoz stabil olaraq qalır.
 
Agentlik istiqrazların "Baa3” səviyyəsində, "stabil” reytinqə malik olmasının üç faktora əsaslandığını qeyd edib: "Dövlət Neft Fondunun iri aktivləri hesabına Azərbaycan fiskal möhkəmlik əldə edib. Ölkənin fiskal dayanıqlılığı və işsizliyin aşağı səviyyədə olması neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyata olan mənfi təsirini yumşaltmağa yardımçı olacaq".
 
Agentlik hesab edir ki, 2016-cı ildə büdcə defisiti ÜDM-in 5,5%-ni təşkil edəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM