Moody's
beynəlxalq reytinq agentliyi "Bank Respublika”nın uzunmüddətli kredit
reytinqini "B3” səviyyəsində təsdiqləyib, bu isə, ölkə
bankları arasında olan ən yüksək reytinqlərdən biridir.
Reytinqin təsdiq olunması bankın böyük
likvidliyi, kredit risklərinin yüksək təhlil standartları, kredit portfelinin
dollarlaşmasının aşağı səviyyədə olması və stresə davamlılığın yaxşı olması ilə
bağlıdır.
Moody's bankın korporativ idarəetmə ilə bağlı
narahatlığının olmadığını qeyd edib, bu isə öz növbəsində bir çox banklar üçün
risklərin qiymətləndirməsində əsas faktordur.
Koronavirusun yayılması və neftin qiymətinin
aşağı düşməsi ilə yaranan xarici iqtisadi təzyiq, Bankın reytinqi ilə bağlı
proqnozun "pozitivdən"dən "neqativ”ə dəyişməsinə səbəb olub.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !