Moody’s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin
yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları
arasında yüksək göstəricilərdən biri hesab olunur.
Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli
depozit reytinqi "Ba2” səviyyəsində, ödəmə qabiliyyətinin baza səviyyəsi
reytinqini (BCA) "Ba3” səviyyəsində təsdiqləyərək dəyişilməz olaraq saxlayıb. Kapital
Bank-ın reytinqi üzrə proqnozu isə "stabil” olaraq davam edir. Agentliyin
hesabatında bildirilir ki, bu göstərici yaxın 12-18 ayda bankın kredit
portfelinin keyfiyyətində gözlənilən yüksəlməni əks etdirir.
"Kapital Bank-ın BCA reytinqinin "Ba3” səviyyəsində,
yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin isə "Ba2” səviyyəsində
müəyyən edilməsi bankın sağlam kredit portfeli, o cümlədən gəlirlilik və
kapital adekvatlığı səviyyəsinin yüksək olmasının göstəricisidir. 2023-ci ilin
sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı cəmi 2% təşkil
edib. Bankın 2023-cü ilin
sonuna 13%-14%
-lik
TCE/RWA göstəricisi ilə möhkəm kapitallaşma və yüksək gəlirlilik
banka potensial zərərlərin qarşısını almağa və əvvəlki illərdə olduğu kimi dividendləri
vaxtında ödəməyə imkan yaradır”, - deyə hesabatda qeyd olunur.
Reytinq agentliyi yaxın 12-18 ay ərzində
bankın likvidliyinin yüksək səviyyədə qalacağını da gözləyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !