Moody’s-dan Unibanka stabil qiymət

17:51 | 17.12.2015
Moody’s-dan Unibanka stabil qiymət

Moody’s-dan Unibanka stabil qiymət

"Moody’s Investors Service” Beynəlxalq agentliyi "Unibank” ASC- nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını "stabil” kimi təsdiqləyərək, bankın 2014 -cü ildən bu günə qədər reytinqini «B2» səviyyəsində qoruyub saxladığını bir daha təsdiq edib.

Beynəlxalq agentliyin bu qərarı, Unibank-ın bazarda olan iqtisadi çağırışlara hazırlığının yüksək olduğunun bir daha sübutudur. Moody’s ekspertləri Unibank-ın bu mövqedə stabilliyini təmin edən əsas səbəblərin bankın yaxşı kapitallaşması, adekvat idaretmə sistemlərinin və risklərin yüksək səviyyədə idarə edilməsi olduğunu bildirib.

Beynəlxalq reytinq agentliyinin ekspertləri Azərbaycanın öndə gedən banklarından biri olan Unibank-ın reytinqinin artırılmasının mümkünlüyünü istisna etmir və bunun maliyyə göstəricilərinin gələcək sabit artımından asılı olacağını bildirirlər.

Xatırladaq ki, bir müddət əvvəl "Fitch Ratings” beynəlxalq reytinq agentliyi də Unibank-ın reytinqini əvvəlki səviyyədə- stabil olaraq təsdiqləyib. "Fitch” nümayəndələrinin açıqlamasına görə, uzunmüddətli reytinqin əvvəlki həddə saxlanılması bankın pərakəndə və mikro-kreditləşməni sürətləndirilməsində böyük rol oynaması ilə də əlaqədardır. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti