Dağlıq Qarabağ yarası hələ də Ermənistan və Azərbaycanı ayırır.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Bakı və İrəvana səfərinin yekununda bildirib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi öz xüsusi nümayəndəsi (Aİ-nin Cənubi Qafqazla bağlı məsələlər üzrə xüsusi nümaynədəsi Gerbert Zalberq - red.) vasitəsilə prosesi müşahidə edən Aİ gündəmindədir.
"Mən Azərbaycan və Ermənistandan, Avropa və Asiya arasında körpüdən yeni qayıtmışam. Bu iki dövlət çətinliklərə və təzadlara baxmayaraq, zərif demokratiyanı möhkəmləndirməyə davam edirlər.
Bu çox dolğun bir səfər idi. Səfər zamanı yalnız Avropa İttifaqı üçün iki mühüm tərəfdaşın hökuməti ilə deyil, eləcə də vətəndaş cəmiyyətini və QHT nümayəndələri ilə görüşdüm”, - Aİ ali nümayəndəsi bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !