ABŞ Latın Amerikasını parçalamaq istəyir.
Axar.az xəbər verir ki, bunu RT-yə müsahibəsində Boliviya Prezidenti Eva Morales deyib.
"ABŞ hər zaman bizi parçalamağa cəhd edir. Cənubi Amerika Millətləri İttifaqı yaratdıqdan sonra onlar bizə təzyiq etməyə başladılar. Biz hazırda Latın Amerikası və Karib hövzəsi ölkələri arasında əməkdaşlığı gücləndirəcək layihə hazırlayırıq. Biz həmçinin Çin, Rusiya və Avropa ilə də münasibətləri gücləndirmək istəyirik”, – deyə o bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !