Moskva ABŞ və NATO-ya xəbərdarlıq edib

Moskva Ukraynadakı F-16 təyyarələrini modifikasiyasından asılı olmayaraq nüvə silahı daşıyıcısı kimi qəbul edəcəklərini açıqlayıb.Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"ABŞ istehsalı olan çoxfunksiyalı F-16 təyyarələrinin Ukrayna hərbi əməliyyatlar teatrında görünməsi gözlənilir. Rusiya tərəfinin dəfələrlə qeyd etdiyi kimi, biz bu təyyarələrin ikili təchizatlı platformalara - qeyri-nüvə və nüvə platformalarına aid olmasını gözardı edə bilmərik”.
"Bu təyyarələrin hansı spesifik modifikasiya ilə tədarük olunacağından asılı olmayaraq, biz onları nüvə silahı daşıyıcısı kimi qəbul edəcəyik və ABŞ və NATO-nun bu addımını məqsədli təxribat kimi qiymətləndirəcəyik”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 