"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, 16 dekabr 2014-cü ildən Şimal istiqamətdə hərəkət edən,"Rusiya Dəmir Yolları" ASC-yə məxsus bəzi sərnişin qataprlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.
Bu barədə QSC-nin mətbuat xidmətindən bildirilib.
"Rusiya Dəmir Yolları" ASC-nin məlumatına əsasən, 16.12.14-cü ildən etibarən Rusiya dəmir yollarına məxsus 392/391 №-li Rostov-Bakı, 18.12.2014-cü ildən etibarən 374/373 №-li Tümen-Bakı, 20.12.2014-cü ildən etibarən isə 96/95 №-li Moskva-Bakı sərnişin qatarlarının hərəkəti iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırılır.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, Tümen-Bakı sərnişin qatarının əvəzinə 14.12.2014-cü ildən etibarən, 373-/374 №-li Tümen-Mahaçqala qatarı təyin olunacaq. Həmin qatara və Rusiya və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər sərnişin qatarlarına bilet satışı Bakı-sərnişin stansiyasının 2 №-li kassasından həyata keçiriləcək.
Sərnişinlərin nəzərinə o da çatdırılır ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 55-56 saylı Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə dörd gündən bir – cədvəl üzrə - hərəkətdə olacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !