Moskva Bakı ilə İrəvan arasında “vicdanlı makler” olub - səfir

11:29 | 05.09.2024
Moskva Bakı ilə İrəvan arasında “vicdanlı makler” olub - səfir

Moskva Bakı ilə İrəvan arasında “vicdanlı makler” olub - səfir

Moskva Bakı ilə İrəvan arasında danışıqlar prosesində "vicdanlı makler” olmaq rolundan heç vaxt imtina etməyib və Rusiya lideri Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla son təmasları buna sübutdur. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Müttəfiqlər” ictimai-siyasi nəşrinə müsahibəsində bildirib.

"Rusiya heç vaxt Ermənistan və Azərbaycan arasında danışıqlar prosesində "vicdanlı broker” rolundan imtina etməyib. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərinin diqqət mərkəzində saxlanıldığı Paşinyan və İlham Əliyev bunun əyani təsdiqidir.

"Biz danışıqların uğurunda, ən yaxın qonşularımızın, tərəfdaşlarımızın və müttəfiqlərimizin rifahında və sülhündə səmimiyyətlə maraqlıyıq. <...> Biz iki müttəfiqimiz arasında balanslaşdırılmış sülh müqaviləsinin bağlanmasını bölünməz təhlükəsizlik və davamlı sosial-iqtisadi inkişaf arxitekturasının qurulması üçün əvəzsiz ilkin şərt hesab edirik”, - Kopırkin bildirib.
 
N.Təbrizli
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM