Moskva Bakıya təşəkkür etdi

15:36 | 02.10.2014
Moskva Bakıya təşəkkür etdi

Moskva Bakıya təşəkkür etdi

Rusiya və Azərbaycan humanitar sferada qarşılıqlı əməkdaşlığı müvəffəqiyyətlə davam etdirir və bunun üçün möhkəm qanunvericilik bazası var.

ANS PRESS-in məlumatına görə, bunu, Bakıda keçən IV Beynəlxalq Humanitar Forumda Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

O bildirib ki, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə prezidentlərimiz xüsusi töhfə verirlər. Belə, keçən ilin avqustunda Vladimir Putinin Bakıya səfəri zamanı Rusiya və Azərbaycan arasında humanitar sferada Əməkdaşlıq Proqramı imzalanıb. İki ölkə parlamenti arasında ənənəvi dostluq əlaqələri mövcuddur. Bu forum humanitar əlaqələrin dinamik inkişafına əhəmiyyətli töhfə verir.

V.Matviyenko bu ilin iyununda Qəbələdə 5-ci Rusiya-Azərbaycan forumu müvəffəqiyyətlə keçdiyini xatırladıb, təhsil və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əlaqələrindən söz açıb: "Biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycanda Rusiyada ali təhsil alanların diplomunun tanınır. Respublikada Rusiya diplomunun mövcudluğu gənc mütəxəssislər üçün yaxşı perspektivlər açır. Azərbaycanlılar həm dövlət, həm də şəxsi vasitələri hesabına Rusiyaya oxumağa həvəslə gedirlər. Hazırda Rusiya ali məktəblərində Azərbaycandan təqribən 13 min tələbə oxuyur."

Onun sözlərinə görə, Azərbaycanda rus dilində ali təhsil verilməsi çox sevindiricidir. M.V.Lomonosova adına Moskva Dövlət Universitetinin 2008-ci ildə Bakı filialı açılıb, onun 5 fakültəsində təqribən 400 tələbə təhsil alır, onlara Moskva Dövlət Universitetinin professorları dərs deyirlər.

Federal Şura sədri Həştərxanda keçirilmiş Xəzər sammitinə də toxunub: "Bu, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın 2015-ci ildə imzalanmasına düz yol açır. Dünyanın ideallarına söykənərək, qarşılıqlı etibar, maraqların üstüstə düşməsi, çoxillik mürəkkəb danışıqlardan sonra beş ölkənin başçıları Xəzərdə əməkdaşlığın əsas məsələləri üzrə razılığa gəldilər."

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM