Moskva Cənubi Osetiya ərazisində "Bakı-Supsa"nın torbasını tikir

17:29 | 16.10.2014
Moskva Cənubi Osetiya ərazisində "Bakı-Supsa"nın torbasını tikir

Moskva Cənubi Osetiya ərazisində "Bakı-Supsa"nın torbasını tikir

Azərbaycanın strateji neft kəməri olan və bizim üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra ikinci iqtisadi və geosiyasi əhəmiyyət kəsb edən Bakı-Supsanın üzərini qara buludlar alıb, həm də onlar bu yaxınlarda və gözlənilməz tərəfdən çıxdılar.Gürcüstandan müstəqilliyi elan etmiş Cənubi Osetiyanın mətbuatında və cəmiyyətində son günlər belə bir məsələ müzakirə olunur ki, Bakı-Supsa kəmərinin keçdiyi Cənubi Osetiya ərazisindən istifadəyə görə, onlara kompensasiya ödənilsin.Bu məsələni 13 oktyabrda "Osetin radiosu"nun baş redaktoru Oleq Kuduxov qaldırdı, o, dinləyicilərə xatırlatdı ki, Cənubi Osetiya ərazisindən, dünyanın ən böyük neft-qaz yataqlarını avropa eneri istehlakçıları ilə birləşdirən neft kəməri keçir. Özü də "düz Cənubi Osetiya Respublikasının Leninqor rayonunun Orçosan yaşayış məntəqəsinin əkinə yararlı torpaqlarından". Bu hissənin uzunluğu - 1250 metrdir.Cənubi Osetiyada Bakı-Supsa neft kəməri ətrafında yaranmış səs-küy Azərbaycanın Avrasiya İqtisadi Birliyinə dartmaq təəssüratını oyadır. Məlum olduğu kimi, 10 oktyabrda Serj Sarkisyan Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması barədə sənədə imza atdıqdan sonra, aydın şəkildə Azərbaycanın növbəsi çatıb. Yerevan mətbuatı hətta yazır ki, 1 yanvar 2015-ci ildən etibarən rəsmi Moskva tərəfindən Azərbaycana təzyiqlər başlanacaq, çünki məhz bu tarixdən etibarən Avrasiya İqtisadi Birliyi fəaliyyətə başlayacaq.Belə söhbətlər dolaşır ki, rəsmi Bakı Moskvaya öz şərtlərini diqtə edib. Prezident İ.Əliyev bəyan edib ki, Azərbaycanın yeganə həll olunmamış problemi Dağlıq Qarabağdır. Dəfələrlə deyilib ki, Qarabağ probleminin açarı Moskvanın əlindədir. Beləliklə, Azərbaycanın Avrasiya İqtisadi Birliyində iştirakı yalnız o zaman mümkündür ki, heç olmasa işğal edilmiş ərazilərin qaytarılmasına başlanılsın.Kamal ƏliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM