Bu gün Rusiyanın "YuTeyr” aviaşirkətinin Moskvadan Gəncəyə uçmalı olan 747 nömrəli təyyarə reysinin uçuşu ləğv olunub.
ANN.Az Modern.az-a isitnadən xəbər verir ki, buna səbəb "YuTeyr” şirkətinin üzləşdiyi maliyyə problemləridir. Reysin ləğv olunmaası nəticəsində Gəncəyə uçuşları baş tutmayan 90 sərnişin "Vnuukovo” hava limanının gözləmə terminalına yerləşdiriliblər.
YuTeyr” aviaşirkətindən jurnalistlərə bildirilib ki, bu gün ləğv olunan reysin bütün sərnişinləri dekabrın 10-da Gəncəyə uçmalı olan sərnişin təyyarəsinə yerləşdiriləckəlr. Buna qədər isə şirkət gözləmə terminalında qalan sərnişinləri Moskvanın müxtəlif mehmanxanalarına yerləşdirib.
"YuTeyr” şirkəti bundan öncə 4 dəfə Rusiyada öz sərnişin daşıma öhdəliklərini yerinə yetirmədiyinə görə məhkəmə çəkişmələrinə cəlb olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !