Moskva görüşünün tarixi açıqlandı

21:04 | 27.01.2021
Moskva görüşünün tarixi açıqlandı

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın görüşü keçiriləcək.

Anews.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" Ermənistan baş nazirinin müavininin Mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Cənubi Qafqazda nəqliyyat dəhlizinin yaradılması, xüsusilə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, eləcə də Rusiya ilə Ermənistanı birləşdirəcək dəmir yolu xətlərinin inşasını müzakirə edəcək


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM