Rusiyanın Tula vilayətində "Moskva-İrəvan” avtobusunun qəzaya uğraması nəticəsində yeddi nəfər ölüb və 42 nəfər xəsarət alıb, RİA Novosti Tula vilayətinin Rusiya DİN İdarəsinə istinadən məlumat yayıb.
Oxu.Az xəbər verir ki, "Moskva-İrəvan” avtobusu Tula vilayətində M4 "Don” yolunda çərşənbə gününə keçən gecə aşıb.
"Ümumilikdə avtobusda 63 nəfər olub, 35 nəfər xəstəxanaya yatırılıb. Onlardan yeddisi ağır, 10 nəfər isə orta-ağır vəziyyətdədir”, - agentliyə bildiriblər.
DİN əməkdaşları iki əsas versiyanı - avtobusun nasazlığı və sürücünün sükan arxasında yuxulaması - nəzərdən keçirir.
Məlumatda qeyd edilir ki, bütün xəsarət alanlar Uzlovaya, Kireyevsk və Borodistk şəhərlərinin xəstəxanalarına yerləşdirilib.
Qəzanın nəticələrinin aradan qaldırılması və baş verənlərin aydınlaşdırılması üzrə iş gedir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !