• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Moskva metro stansiyalarından birinə Həzi Aslanovun adı verilə bilər

Moskva metro stansiyalarından birinə Həzi Aslanovun adı verilə bilər
29.01.2020 17:06
Rusiyanın paytaxtı Moskva şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adına küçə verilməsi üçün Moskva meri Sergey Sobyaninə müraciət olunub.

Bu barədə APA-nın Moskva müxbirinə Hərbçi Ailələri İttifaqı və Rusiya Prezidenti yanında Hərbi-mülki münasibətlər üzrə daimi komissiyanın sədri Mariya Bolşakova bildirib.

Onun sözlərinə görə, Rusiya paytaxtında Həzi Aslanovun adına küçə verilməsi təşəbbüsünü Moskvanın Qərb Dairəsi üzrə Azərbaycanlıların milli mədəni muxtariyyətinin sədri, Dövlət Dumasında deputat köməkçisi Əli Kazımov irəli sürüb.

"Bu çox yaxşı və mühüm təşəbbüsdür. Çünki Həzi Aslanov təkcə Azərbaycanın yox, həm də Rusiyanın qəhrəmanıdır. Onun Böyük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq bu gün də məmnuniyyətlə xatırlanır. Ona görə də hesab edirik ki, Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi vacibdir.
 
Moskvada mütləq onun adına küçə verilməlidir. Bundan əlavə müraciətdə Həzi Aslanovun adının orta məktəbə, xiyabana verilməsi də qeyd olunub”, - deyə o qeyd edib.

Əli Kazımov isə APA-ya açıqlamasında bildirib ki, İkinci Dünya müharibəsində Qələbənin 75 illiyi münasibətilə Moskvada yeni inşa olunan metro stansiyalardan birinə, habelə Moskva küçələrindən birinə Həzi Aslanovun adının verilməsi barədə Rusiya Prezidenti Vladimir Putinə müraciət olunub: "Əlimizdən gələni edəcəyik ki, Qələbənin 75 illiyi ərəfəsində Moskvada Həzi Aslanovun xatirəsi əbədiləşdirilsin”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
11:57
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
16:00
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
14:21
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
20:04
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
11:19
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
17:17
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
14:57
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
13:01
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir  - SORĞU
09:54
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol