Moskva Qarabağdan gətirilən arağın satışına “hə” dedi – FOTO

19:00 | 27.12.2013
Moskva Qarabağdan gətirilən arağın satışına “hə” dedi – FOTO

Moskva Qarabağdan gətirilən arağın satışına “hə” dedi – FOTO

Zavodlar işğal altında olan Dağlıq Qarabağda yerləşir.Rusiyada Moskva hökumətinin rəsmi icazəsi ilə “Artsax” brendi altında spirtli içkilər satılır.ANN.Az Modern.az-a istinadən xəbər verir ki, “Artsax-Rus” şirkətinin brendi kimi təqdim olunan bu spirtli içkilər rəsmi lisenziya ilə satışa çıxarılır.“Artsax-Rus” şirkəti isə Ermənistanda qeydiyyatdan keçmiş “Artsax Brendi Kompani” MMC-nin törəmə şirkətidir. Şirkətin bununla bağlı açıqlamasında deyilir ki, “kompaniya “Artsax” markasının Rusiya bazarlarında yayılması üçün təsis edilib. Əsas zavodları işğal altında olan Dağlıq Qarabağda yerləşən şirkət bu brend altında “Artsax gavalılı”, “Artsax şaftalılı”, “Artsax tutovka” və digər brendləri istehsal edir.Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın belə adla təqdimatını düşmən ölkənin növbəti hiyləsi saymaq olar.  Burada məqsəd aydındır: erməni yalanlarının bacardıqca hər yerdə - havada, suda, hətta spirtdə də təbliğinə nail olmaq. Bu addım da növbəti erməni xislətinin nümayişidir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM