Bir müddət əvvəl Moskva yaxınlığındakı Mıtişe rayonunda baş verən dəhşətli qəzanın videosu yayılıb.
anews.az-ın lenta.ru-ya istinadən verdiyi məlumata görə, qəzadan dərhal sonra idarəetməni itirən sürücü səkidəki piyadaları vurub.
Qəza nəticəsində 7 piyada xəsarət alıb. Üçü uşaq olmaqla, 5 nəfər sınıq və əzilmələrlə xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı yol-nəqliyyat qaydalarının və nəqliyyat vasitəsinin istismarının pozulması maddələri ilə cinayət işi açılıb. Şübhəli bilinən şəxs artıq saxlanılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !