Forumun əsas mövzusu "Qeyristabil dünyada dayanıqlı tərəfdaşlıq” məsələləri olmuşdur. Tədbirdə keçmiş 14 postsovet ölkəsindən (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Litva, Rusiya, Tacikistan, Ukrayna, Estoniya) KİV rəhbərləri və media ekspertləri iştirak edib. Forumun açılış iclasında BİA "Rosiiya segodnya” baş direktoru Dmitriy Kiselyov və baş redaktoru Marqarita Simonyan iştirak ediblər.
Tədbiri açaraq Dmitriy Kiselyov müasir jurnalistikanın zamanla ayaqlaşmalı və auditoriyanın tələbinə cavab verməli olduğunu qeyd etdi: "Biz dünyada baş verənləri anlatmaqdan imtina edə bilərikmi? Bundan imtina etdikdən dərhal sonra auditoriya sizdən imtina edəcək. İnsanlar özləri və ailələrinə vacib olan qərarları qəbul etmək üçün müasir dünyanı anlamağa ehtiyac duyurlar”.
Forumun gedişində iştirakçılar keçmiş SSRİ ölkələrinin KİV-in müxtəlif siyasi və iqtisadi şəraitdə qarşılıqlı fəaliyyətini müzakirə ediblər.
Forumun əsas sessiyası çərçivəsində ayrı-ayrı mövzular üzrə müzakirələr keçirilib.
"Avrasiya informasiya məkanı: çağırışlar və təhlükələr”mövzulu sessiyada "Kazaxstanskaya pravda” qəzetinin şef-redaktoru Sabit Maldıbayev (Qazaxıstan), "ARMENPRESS” informasiya agentliyinin baş direktoru Aram Ananyan (Ermənistan), "İzvestiya” qəzetinin baş redaktorunun müavini Boris Mejuyev (Rusiya), Siyasi konyuktura mərkəzinin baş direktoru Sergey Mixeev (Rusiya), Rusiya Dövlət Dumasının MDB məsələri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitə sədrinin müavini Tatyana Moskalkova (Rusiya), "Kabar” milli informasiya agentliyinin direktoru Kuban Taabaldiyev (Qırğızıstan), Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzinin baş direktoru Valeriy Fedorov (Rusiya) spiker qismində iştirak ediblər.
"Mediaindustriya: auditoriyanı və imici necə qorumalı” adlı sessiyada "Qaqauzinform” internet portalının rəhbəri AndreyVedutenko (Moldova), "Moskovskiy komsomolets” qəzetinin redaksiyası” QSC-nin və "Moskovskiy komsomolets” nəşriyyat evinin baş direktoru Pavel Qusev (Rusiya), "Trend” Beynəlxalq informasiya agentliyinin baş direktoru İlqar Hüseynov (Azərbaycan), "Kazinform” Beynəlxalq informasiya agentliyinin baş direktoru Dauren Diyarov (Qazaxıstan), siyasi icmalçı, tarixçi, Research & Branding Group şirkətinin həmtəsisçisi Yevgeniy Kopatko (Ukrayna) çıxış etdilər.
Forumun 3-cü sessiyası gündəliyin əsas məsələsi olan "Qeyri-stabil dünyada dayanıqlı tərəfdaşlıq” mövzusuna həsr edilmişdi. Bu sessiyada "Mir” Dövlətlərarası teleradioşirkətin sədri Radik Batırşin (Rusiya), "Ali iqtisad məktəbi” Milli araşdırma universitetinin kommunikasiya, media və dizayn fakültsəsinin dekanı Andrey Bistritskiy (Rusiya), "Baltika forumu” beynəlxalq cəmiyyətin rəhbəri Aleksandr Vasilyevs (Latviya), Tallin televiziyasında "Monitor” verilişinin aparıcısı Rodion Denisov (Estoniya), Belarus teleqraf agentliyinin baş direktoru Dmitriy Juk (Belarus), "Qovorit Moskva” radiostansiyasının baş direktoru Vladimir Mamontov, "Ekspert şurası” analitik mərkəzin direktoru İskander Xisamov məruzəçi qismində çıxış etmişlər.
Forum 2006-cı ildən keçirilir. Öncəki forumlar Moskva, Kiyev, Astana, Minsk şəhərlərində təşkil edilib.
2011-ci ildə Astanada keçirilən forum iştirakçılarına Rusiya və Qazaxstan prezidentləri Dmitriy Medvedevin və Nursultan Nazarbayevun müraciəti olmuşdur. Minskdə 2012-ci ildə Belarus lideri Aleksandr Lukaşenko MDB baş redaktorlar klubunun üzvləri ilə görüşmüsdür.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !