• $ 1.7
  • € 1.9581
  • ₽ 0.020781
  • ₺ 0.0445
  • £ 2.2754

Moskvada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə edilib

Moskvada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə edilib
29.03.2024 23:52
Martın 29-da Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov rusiyalı həmkarı Mixail Qaluzin ilə görüşüb.Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və perspektivləri əsaslı şəkildə nəzərdən keçirilib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi üzrə gələcək birgə addımlar müzakirə edilib.

Cənubi Qafqazdakı hazırkı vəziyyət, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli sazişlər toplusu əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri də daxil olmaqla bir sıra regional və beynəlxalq mövzulara toxunulub.

Görüş Rusiya-Azərbaycan müttəfiqliyi və strateji tərəfdaşlıq ruhuna uyğun gələn ənənəvi dostluq və etimad şəraitində keçib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kaya Kallas Azərbaycana səfər edəcək
Siyasət 19:45
Kaya Kallas Azərbaycana səfər edəcək
Əliyev xanımı ilə Çinə rəsmi səfərə gedib
Siyasət 15:59
Əliyev xanımı ilə Çinə rəsmi səfərə gedib
Baş nazirdən qərar
Siyasət 13:57
Baş nazirdən qərar
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir
Siyasət 11:40
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Prezident: Qlobal Cənubun bir hissəsi kimi həmişə onun maraqlarını müdafiə etmişik
Siyasət 21:37
Prezident: Qlobal Cənubun bir hissəsi kimi həmişə onun maraqlarını müdafiə etmişik
Əliyev Çinlə ticarət dövrüyəsindən danışıb
Siyasət 21:03
Əliyev Çinlə ticarət dövrüyəsindən danışıb
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
Siyasət 20:55
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
Prezidentin son Sərəncamı 2469 şəxsə şamil olunacaq
Siyasət 19:43
Prezidentin son Sərəncamı 2469 şəxsə şamil olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol