Moskvada azərbaycanlı öldürüldü

10:17 | 15.01.2014
Moskvada azərbaycanlı öldürüldü

Moskvada azərbaycanlı öldürüldü

Moskvanın cənubunda tərəvəz bazasında çoxsaylı bıçaq zərbələri ilə kəsilmiş meyit tapılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, naməlum cəsəd bu gecə aşkar edilib. İlkin məlumata görə, ölən şəxs azərbaycanlıdır.Saat 22:36 növbətçi hissəyə 6 nömrəli tərəvəz bazası ərazisində yaralı kişi tapılması haqqında məlumat daxil olub. Zərərçəkən azərbaycanlı polis hadisə yerinə çatana qədər keçinib. Azərbaycanlının məişət zəminində qətlə yetirildiyi bildirilib. Başqa bir məlumata görə, meyit “Varşavskaya” metro stansiyasının yanında tapılıb. Hadisə yerində istintaq qrupu işləyir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM