Moskvada azərbaycanlılar saxta ətir istehsal edirdilər

17:06 | 29.06.2015
Moskvada azərbaycanlılar saxta ətir istehsal edirdilər

Moskvada azərbaycanlılar saxta ətir istehsal edirdilər

Moskvada OMON-un dəstəyi ilə üzvlərinin məşhur firmaların ətirlərini istehsal etməkdə, saxlamaqda və satmaqda (RF CM 180 m.) şübəhli bilinən etnik qrupun fəaliyyətinin qarşısı alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyası DİN-in mətbuat xidməti bildirib.

Polisin məlumatına əsasən qruplaşmaya 10 iştirakçı daxildir, onlar əslən Yaxın Şərqdən, Tacikistan və Azərbaycandandırlar.

Cinayətkarlar Moskva ərazisində qanunsuz fəaliyyət göstərərək, müxtəlif regionlara saxta mallar satıblar. Parfümeriya istehsalı üçün materialı BƏƏ, Türkiyə və Çindən əldə ediblər.

Polislər tərəfindən 45 mindən çox hazır saxta məmulat müsadirə edilib, onların üzərində məşhur istehsalçı firmaların əmtəə nişanı olub, eləcə də 100 min ədəddən çox bağlama detalları və xammal aşkar edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM