Moskvada bu tarixdən etibarən məktəblər açılır

16:30 | 09.07.2020
Moskvada bu tarixdən etibarən məktəblər açılır

Moskvada bu tarixdən etibarən məktəblər açılır

Rusiyada yeni növ koronavirus səbəbilə qoyulan bəzi qadağalar götürülür.

Yeniavaz.com "ria.ru”ya istinadla xəbər verir ki, Moskvanın meri Sergey Sobyanin 13 iyul tarixindən etibarən şəhərdə bir çox qadağaların götürüləcəyini açıqlayıb. Sobyanin Moskvada yeni növ koronavirusa yoluxma hallarının azaldığını bildirib: "Son bir həftə ərzində paytaxtda COVİD-19-a yoluxanların sayı 20 faiz azalıb. Gündəlik yoluxmalar 834-dən 670-ə enib. Biz bəzi həkimlərin tövsiyyəsini nəzərə alaraq bəzi yerlərin fəaliyyətininin bərpa edilməsi barədə qərar verdik”.

13 iyuldan etibarən Moskvada qadağaların götürüldüyü bəzi sahələrin siyahısı:

Küçələrdə maska taxmaq məcburiyyəti götürülür. Məktəb və kolleclərin fəaliyyəti sentyabrın birindən başlayır.

İdman, musiqi, incəsənət və digər təhsil sahələrində tədris yenidən başlayır.
Sanitariya tələblərinə riayət etməklə sahibkarlıq və digər sahələrin fəaliyyəti bərpa edilir.

Əyləncə mərkəzlərinin fəaliyyəti bərpa edilir.

Sergey Sobyanin həmçinin bildirib ki, işçilərin ofisdən və ya evdən işləmələrinə müəssisə və şirkət rəhbərləri özləri qərar verəcək.
Açıq havada kütləvi tədbirlərin keçirilməsi, ictimai nəqliyyatda, ictimai yerlərdə, tibb müəssisələrində, mağazalarda əlcək və maska taxmaq isə hələlik məcburidir.

Xatırladaq ki, bu günə qədər Rusiyada 10 min 843 nəfər COVİD-19-a yoluxub, 707 min 301 nəfər isə həmin xəstəliyə yoluxub. 481 min 316 nəfər isə sağalaraq evə buraxılıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb